AZ

Xarici İşlər Nazirliyi "Bloomberg"in xəbərini təkzib etdi

Xarici işlər mənbələri "Bloomberg"in Ukrayna ilə bağlı xəbərlərində Türkiyəyə qarşı irəli sürülən iddiaları rədd edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin mənbələri Türkiyənin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik təşəbbüsləri dəstəklədiyini vurğulayıb.

Mənbələr digər tərəfdən, "Bu gün Bloomberg xəbər agentliyinin Türkiyə ilə bağlı dərc etdiyi xəbərlər həqiqəti əks etdirmir" ifadələrindən istifadə edib.

Qeyd edək ki, "Bloomberg" həmin xəbərlərində Türkiyənin müharibəni dayandırmaq üçün təklif hazırladığı və bu təklif çərçivəsində Ukraynanın Rusiyaya bir qədər güzəştə getməsinin gözlənildiyi iddia edilib.

Seçilən
18
2
sesqazeti.az

3Mənbələr