Azərbaycan milli komandası İsveçlə sabahkı oyun ərəfəsində Solna şəhərindəki "Friends Arena"da son məşqinə çıxıb.
"Far.Az"un İsveçə ezam olunan əməkdaşı xəbər verir ki, yerli vaxtla 18:00-da başlayan məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.
Qeyd edək ki, İsveç - Azərbaycan matçı noyabrın 19-da Solnada keçiriləcək və Bakı vaxtilə saat 23.45-da başlayacaq.