AZ

COP29 Azərbaycan üçün uğurlu oldu



"Yer kürəsində iqlim dəyişiklikləri ilə bağlı, Bakıda keçirilən COP sammiti sayca 29- cudur. Demək olar ki, 100%-lik nəticə, indiyə qədər keçirilmiş sammitlərin heç birində əldə olunmamışdır. Bunun da səbəbi ondan ibarətdir ki, atmosferin çirklənməsində əsas pay sahibi olan böyük dövlətlər, üzərilərinə düşən öhdəliklərdən yayınır və yaxud yarımçıq yerinə yetirirlər".

Newscenter. az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, Çin, ABŞ, Hindistan, Fransa, RF və s. sənaye cəhətdən inkişaf etmiş ölkələrdə iqtisadi maraqlar, ümumbəşəri maraqları üstələyir:

"Ona görə də, iqlim dəyişikləri baxımından planetin riskli bölgələrinə kifayət qədər maliyyə vəsaiti ayrılmır. Nəticədə, atmosferə atılan tullantıların miqdarı, temperatur, quraqlıq ildən ilə artır. Şimal və Cənub qütblərində buzlaqlar əriyir, səhralaşma gedir".

Deputat diqqətə çatdırıb ki, COP 29 hələ başa çatmayıb:

"Ancaq, bu gün deyə bilərik ki, kifayət qədər uğurlar var. 10 ildən artıq bir müddətdə müzakirə predmeti olmuş Paris razılaşmasının 6.4, 6.8 bəndləri ilə bağlı konsensus əldə olunub. İqlim Dəyişikləri ilə mübarizədə bir nömrəli məsələ maliyyədir və Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının və İslam Bankının imzaladıqları razılaşmaya əsasən növbəti beş il üçün 170 milyard ABŞ dollar vəsaitin ayrılması planlaşdırılır. Müqayisə üçün deyə bilərik ki, indiyə qədər ən çox ayrılmış vəsait 75 milyard olmuşdur".

Nəsib Məhəməliyev, "Bu da faktdır ki, COP 29- un Bakıda keçirilməsi barədə qərar qəbul edilən andan, ölkəmiz əleyhinə total hücumlar, qarayaxma kampaniyaları təşkil olundu. Boykot çağırışları səsləndi. Sammitdə iştirak edən çoxsaylı dövlət və hökumət rəhbərlərinin, digər rəsmi qonaqların səsləndirdikləri fikirlərə əsasən qətiyyətlə qeyd etmək olar ki, COP 29 Azərbaycan üçün uğurlu oldu",-deyə bildirib.

Süleyman
Seçilən
35
newscenter.az

1Mənbələr