AZ

Aİ xarici işlər nazirləri İsraillə siyasi təmaslarda razılığa gələ bilməyiblər

Aİ ölkələrinin xarici işlər nazirləri İsraillə siyasi təmasların dayandırılması təşəbbüsü ilə bağlı razılığa gələ bilməyiblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Aİ Xarici Əlaqələr Şurasının iclası başa çatdıqdan sonra jurnalistlərə bildirib.

Sikorski jurnalistlərə bildirib ki, İsraillə danışıqların dayandırılması təşəbbüsü ilə bağlı heç bir razılıq əldə olunmayıb.

Noyabrın 18-də Brüsseldə keçirilən görüşdə Aİ xarici işlər nazirləri ilk dəfə olaraq Qəzza zolağında döyüşlər zamanı humanitar standartlara əməl edilmədiyi üçün İsrailə qarşı ticarət sanksiyaları və onunla siyasi dialoqun dondurulması imkanlarını müzakirə ediblər.

Seçilən
30
ucnoqta.az

1Mənbələr