AZ

Qaçırdığı maşınla Bakı Olimpiya Stadionuna daxil olmaq istəyən TÜRKİYƏ VƏTƏNDAŞI HƏBS OLUNDU

Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs saxlanılıb.

Korrespondent.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Respublikasının vətəndaşı 37 yaşlı Mustafa Kılıçoğlu sərxoş vəziyyətdə tanışına məxsus "Mersedes-Benz" markalı avtomobili zor tətbiq etməklə qaçıraraq stadion ərazisində mühafizə hasarına vurmaqla xuliqanlıq hərəkətləri törədib.

Faktla bağlı polis idarəsində cinayət işi başlanılaraq M.Kılıçoğlu həbs edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Seçilən
23
49
korrespondent.az

10Mənbələr