AZ

Almaniya Ukraynaya YOX dedi

Almaniya kansleri Olaf Şolts Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükünə qarşı olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, kansler bu barədə Rio-de-Janeyroda keçirilən G20 sammitində mətbuat konfransı zamanı deyib.

 

O qeyd edib ki, Almaniya Ukraynanın Rusiya ərazisinə dərin zərbələr endirmək üçün alman silahlarından istifadə etməsinə icazə vermək niyyətində deyil.

 

Şoltsun sözlərinə görə, Almaniyanın xidmətində olan "Taurus"  raketlərini idarə etmək məsuliyyət tələb edir. 

 

Kansler qeyd edib ki, Ukraynaya silah tədarükü məsələlərində ehtiyatlılıq prinsiplərini rəhbər tutur. O, Rusiyaya zərbə endirmək üçün alman silahlarından istifadəyə qoyulan qadağanın yalnız bir dəfə pozulduğuna aydınlıq gətirib.

Seçilən
20
1
modern.az

2Mənbələr