Bakı, 23 noyabr, AZƏRTAC
Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
20:37
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
20:14
Binəqədi rayonunda metronun “Azadlıq Prospekti” stansiyası yaxınlığında ticarət obyektində yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları cəlb olunub.
Əlavə məlumat veriləcək.