AZ

Bu, müharibəni qlobal miqyasda genişləndirəcək..?

...ABŞ-ın Ukraynaya Rusiya ərazisini uzaqmənzilli ATACMS raketləri ilə vurmasına icazə vermək qərarı “sülh danışıqlarına” zərər verir və gərginliyin artmasına səbəb olur. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Slovakiyanın Baş naziri Robert Fiko çıxışında bildirib.

Onun sözlərinə görə, o, ABŞ prezidenti Cozef Baydenin “sülh danışıqlarını tamamilə pozmaq və ya gecikdirmək məqsədi ilə” Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı uzaqmənzilli Amerika döyüş başlıqlarının istifadəsinə icazə vermək qərarı ilə qəti şəkildə razılaşmır.

...Bu, gərginliyin misli görünməmiş artmasıdır. Bu qərar istənilən sülh danışıqlarının başlanmasına və Ukraynada slavyanların qarşılıqlı qətlinə son qoyulmasına dair ümidləri puça çıxarır. Təəccüblüdür ki, bəzi Avropa İttifaqı ölkələri ABŞ-ın döyüşkən addımını necə tez alqışladılar. Bu, sadəcə olaraq Avropa İttifaqınıntəkbaşına prinsipial xarici siyasət mövqeləri formalaşdıra bilmədiyini və Qərbin Ukraynada müharibənin nəyin bahasına olursa-olsun davam etməsini istəməsinin təsdiqidir.

Bunu deyən slovak siyasətçi, hesab edir ki, ABŞ prezidenti postunu tərk edən Cozef Baydenin qərarı “Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara marağı açıq şəkildə nümayiş etdirən” Ağ Evin rəhbəri Donald Trampın gələcəyinə də əhəmiyyətli dərəcədə təsir edəcək.

...Slovakiya Ukraynanın qonşusudur və Ukraynada sülhün əldə olunmasında ekzistensial milli marağa malikdir. Slovakiyada müharibənin davam etməsini istəyən və Qərbin mənasız hərbi hərəkətlərini alqışlayan hər kəs Slovakiyanın milli maraqlarına zərər vurur. Mən gözləyirəm ki, müxalifət nümayəndələri Amerika prezidenti Baydenin qərarını açıq şəkildə rədd edəcəklər və Slovakiyanın eləcə də dünyanın tərəfini tutacaqlar

Bunu da Fiko bildirib.

Yeri gəlmişkən, Macarıstanın xarici işlər naziri Peter Siyarto da bir müddət bundan əvvəl Ağ Evin qərarının Ukraynadakı müharibəni qlobal miqyasda genişləndirəcəyini deyib.

...Və Polşa prezidenti Anjey Duda isə ABŞ-ın Rusiya Federasiyasının dərinliklərinəzərbə endirməyə icazə verməsini Ukrayna üçün həlledici ola biləcəyini deyib.

Əli Babayev

Seçilən
93
50
sia.az

10Mənbələr