AZ

Abxaziyada danışıqlar yenidən başladı

Abxaziya müxalifəti ilə hakimiyyət arasında daxili siyasi böhrandan çıxış yolu ilə bağlı danışıqlar 3 saatdan sonra bərpa olunub.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, Abxaziya hakimiyyətini vitse-prezident Badra Qunba, Abxaziya Dövlət Gömrük Komitəsinin sədri Otar Xetsiya və İctimai Palatanın üzvü David Pilia təmsil edir. Onlar ölkə prezidenti Aslan Bjaniya ilə məsləhətləşmələrdən sonra geri qayıdıblar.

Müxalifəti Abxaz Xalq Hərəkatının sədri Adqur Ardzinba, parlamentin deputatı Kan Kvarçia və respublikanın suverenliyinin müdafiəsi komitəsinin sədri Levan Mikaa təmsil edir.


Müəllif: Arzu
Seçilən
79
teleqraf.com

1Mənbələr