AZ

G20 liderləri BMT TŞ-da islahatların aparılmasının tərəfdarıdırlar

İyirmilik Qrupu (G20) ölkələrinin liderləri BMT Təhlükəsizlik Şurasında islahatın lehinə çıxış ediblər.

“Far.Az” xəbər verir ki, bu barədə Braziliyanın Rio-de-Janeyro şəhərində 20 ölkədən ibarət G20 qrupunun keçirilən iclasının yekun bəyannaməsində deyilir.

Sənəddə deyilib ki, sammit iştirakçıları BMT Baş Assambleyasının dünya təşkilatının aparıcı məsləhətçi, qanunverici və nümayəndəlik orqanı kimi, o cümlədən Təhlükəsizlik Şurası ilə gücləndirilmiş və sadələşdirilmiş qarşılıqlı fəaliyyət yolu ilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məsələlərində rolunun gücləndirilməsini zəruri hesab ediblər.

İyirmi ölkənin liderləri Afrika, Asiya-Sakit okean regionu, Latın Amerikası və Karib hövzəsi ölkələri hesabına Təhlükəsizlik Şurasının tərkibini genişləndirməyə çağırıblar. Bundan əlavə, G20-yə üzv ölkələrin liderləri BMT-nin İqtisadi və Sosial Şurasının rolunun gücləndirilməsinin tərəfdarı olublar.

Seçilən
23
1
far.az

10Mənbələr