Naməlum şəxslər Litva və İsveç arasında Baltik dənizinin dibi ilə çəkilmiş sualtı telekommunikasiya kabelini zədələyib...
Litva və İsveç arasında Baltik dənizinin dibi ilə çəkilmiş sualtı telekommunikasiya kabeli naməlum şəxslər tərəfindən zədələnib...
Poliqon xəbər verir ki, bu barədə kabel sahibi “Telia” operatorunun texnologiya direktoru Andrius Şemeşkeviçius bildirib.
“Bizim əlaqəmiz bazar günü səhər kəsilib”, deyə “Rossiyskaya qazeta” Şemeşkeviçiusun sözlərini sitat gətirir.
Kabelin zədələnməsi səbəbindən İsveç sakinləri bir sıra internet saytlarından məhrum olub, ölkədə qoşulma sürəti üçdə bir azalıb.
Zədələnmiş kabel uzun müddət istifadədə olub və bununla bağlı qəzalar əvvəllər də olub.
Bu nasazlıqlar adətən naviqasiya və lövbərin düzgün idarə edilməməsi ilə əlaqədar olur ki, bu da kabeli qoparıb onu qıra bilər”, deyə Şemeşkeviçius izah edib.
Xatırladaq ki, bundan əvvəl Baltik dənizinin dibi ilə çəkilmiş daha bir kabelin zədələndiyi bildirilirdi. Almaniya və Finlandiya xarici işlər nazirlikləri Helsinki və Rostok şəhərlərini birləşdirən “Şimal axını” boru kəməri boyunca uzanan 1173 kilometrlik C-Lion1 rabitə kabelinin sıradan çıxması ilə bağlı araşdırma aparıldığını bildiriblər.
Poliqon.info