AZ

Şolts Trampdan qorxduğu üçün Putinə zəng etdi

Polşa Prezidenti Andjey Duda Almaniya kansleri Olaf Şoltsun Donald Trampı Ukraynanın gələcəyi ilə bağlı danışıqlardan kənarlaşdırmağa çalışdığını iddia edib.

Axar.az xəbər verir ki, Duda bu barədə “Blumberq” agentliyinə müsahibəsində bildirib.

Onun fikrincə, Şoltsun ​​Kremlin rəhbəri Vladimir Putinə zəngi sonuncunu Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlara sövq etmək məqsədi daşımayıb:

"Hesab edirəm ki, bu, Donald Tramp vəzifəyə başlamazdan əvvəl Ukraynada atəşkəsə nail olmaq cəhdi idi".

Polşa prezidenti hesab edir ki, Şolts Tramp administrasiyası dövründə ABŞ-la Almaniya üçün xoşagəlməz müqavilələr bağlamaq ehtimalından narahatdır və fəal olmağa çalışır:

“Almanlar çox qorxurlar ki, Donald Tramp onları Amerikadan qaz almağa məcbur edəcək”.

Seçilən
18
2
axar.az

3Mənbələr