AZ

Tramp miqrantları qovmaq üçün ordudan yararlanacaq - Yeni prezident "fövqəladə vəziyyət" elan edəcəyini deyir

ABŞ-ın yeni və vəzifəsinin icrasına yanvarın 20-dən başlayacaq prezidenti Donald Tramp ölkədə mövcud olan qanunsuz miqrantlara qarşı sərt mübarizə üsulu tətbiq edəəcyini təkrarlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, qeyri-qanuni mühacirlərin kütləvi deportasiyası üçün fövqəladə vəziyyətin elan edəcəyi və daha sonra ordunun gücü ilə ölkəni miqrantlardan "təmizləyəcəyi" haqda iddiaları təsdqiləyib.

Tramp bu barədə sosial mediada adını tağ edən izləyicisinə belə cavab verib: "Bəli, bu, doğrudur".

Paylaşımda isə deyilir: "Xəbərə görə, Tramp administrasiyası fövqəladə vəziyyət elan etməyə hazırlaşır və kütləvi deportasiya üçün hərbi gücdən istifadə edəcək".

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
29
mia.az

1Mənbələr