Bakı şəhərində dərzi sexini su basıb.
Day.Az xəbər verir ki, Nəsimi rayonu, Hüseynbala Əliyev 14 ünvanındakı bu dərzi dükanını işlədən Çiləxanım Mikayılova deyir ki, içəri daxil olanda şüşələri tər basdığını görüb. Dolan suya toxunanda isə məlum olub ki, maye ilıqdır. Bu isə onu deməyə əsas verir ki, obyektə dolan su istilik sistemlərindən axıb.
Ərazi üzrə mənzil kommunal istismar sahəsinin sədri Mirnazir Əliyev məsələ ilə bağlı aidiyyatı qurumları məlumatlandırdığını bildirdi:
Problemin həlli ilə bağlı Azəristiliktəchizat Açıq səhmdar cəmiyyətindən bildirdilər ki, problem onlara aid xəttlərdə deyil. Bununla bağlı sexə dolmuş sudan analiz götürülüb:
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd etdilər ki, həmin zirzəmidən ərazi sukanal idarəsinə məxsus su xətti keçmir.
Problemin xidmətlə heç bir əlaqəsi olmadığına baxmayaraq, aradan qaldırılması məqsədi ilə sukanal idarəsinin əməkdaşları artıq hadisə yerinə cəlb olunublar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.