AZ

COP29 çərçivəsində hansı sazişlər imzalanıb?- SİYAHI

COP29 çərçivəsində indiyədək bir sıra mühüm sazişlər və əməkdaşlıqlar imzalanıb.
Aşağıda bəzi əsas sazişləri təqdim edirəm :
1. Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
2. SOCAR və BƏƏ-nin "IntelliGrid" şirkəti arasında Azərbaycanın enerji infrastrukturunun 13 il müddətində transformasiyası (Azəriqazı-n modernləşdirilməsi, Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin qurulması və s.) üçün süni intellekt əsaslı həllərin tətbiqini nəzərdə tutan 480 milyon dollarlıq saziş imzalanıb
3. Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında 50 milyon dollar məbləğində saziş imzalanıb. Bu saziş ticarətin maliyyələşdirilməsi sahəsində yaşıl istiqamətli imkanların genişləndirilməsini hədəfləyir
4. “SOCAR Green” MMC, BƏƏ-nin Masdar şirkəti, AYİB və Avropa İnkişaf Bankı , Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı arasında Azərbaycanda 445 MVt-lıq Biləsuvar və 315 MVt-lıq Neftçala günəş enerjisi layihələrinin icrası ilə bağlı saziş imzalanıb. Müqavilənin ümumi dəyəri 670 milyon dollardır
5. Azərenerji" ASC və "GE Vernova" şirkəti arasında Şirvan şəhərində yerləşən "Cənub" Elektrik Stansiyasının qaz turbinlərindən birinin 100% hidrogen yanacağı ilə işləməyə keçirilməsi layihəsi üzrə saziş imzalanıb. Layihənin məbləği açıqlanmayıb.
Bu sazişlərin bəziləri haqqında fikirlərimi ötən günlərdə açıqlamışam.
Düşünürəm ki, imzalanan bu sazişlər, reallaşdırılması nəzərdə tutulan layihələr həm də iqlim dəyişmələrinin təsirilərini azaltmaqda, ölkəmizdə bərpa olunan enerjinin xüsusi çəkisinin artmasında, emissiyaların azaldılmasında mühüm töhfələr verəcək.
SOCAR və BƏƏ-nin "IntelliGrid" şirkəti arasında bağlanan, uzunmüddətli investisiya yönümlü və emissiyaların azaldılmasına yönəlik layihə də mühüm əhəmiyyət kəsb edir.
Ağıllı Qaz şəbəkəsi uzun illərdir ki, ölkəmizdə reallaşa bilmir. Gah mexaniki sayğacı ağıllıya, gah da ağıllı sayğacı mexanikiyə keçirirlər.
Bu baxımdan yaradılması nəzərdə tutulan süni intellekt əsaslı həllərin real vaxtda monitorinqlər aparmağa imkan verəcəyini, bu sahədə itkilərin səbəblərini tez müəyyən edilərək aradan qaldırılmasına kömək olacağını düşünürəm.
Amma bu siyahıda olan sazişlər içərisində ən riskli layihə də fikrimcə elə SOCAR-ın bu 480 milyonluq süni intellekt layihəsidir.
Bu layihə SOCAR-a texnoloji bir şirkət imici qazandırsa da burada düşündürücü məqamlar da çoxdur.
Hər gün, hər dəqiqə yenilən süni intellekt texnologiyaları sahəsində uzunmüddətli bir anlaşma imzalamaq fikrimcə çox riskli bir addımdır.
Layihənin məqsədi, tətbiq sahəsi konkret olsa da məbləğ hədsiz yüksək görsənir. Doğurdanmı QAZ şəbəkəsində yalnız ağıllı şəbəkə üçün bu qədər sərmayəyə ehtiyac vardı. Bəlkə bu qədər vəsaiti digər sahələrin modernləşməsi və transformasiyasına yatırmaq məntiqli olardı.
Əlbəttə, daha dəqiq fikirləri layihə haqqında məlumatlar tam açıqlandıqdan, ictimai təqdimatlarından sonra demək olacaq.
13 il ərzində süni intellekt texniologiyaları necə dəyişiləcək, bu dəyişikliklər layihədə necə öz əksini tapacaq ? Xarici texnologiyalardan asılı olan SOCAR köhnəlmiş həllərini yeniləyə biləcəkmi?
Ümid edirəm layihəni imzalayan SOCAR rəsmiləri bu riskləri nəzərə alıbblar.
Bir daha vurğulamaq istərdim ki, qeyd olunan sazişlər ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.
Xüsusilə də COP29 çərçivəsində belə anlaşmaların əldə edilməsi diqqət cəlb edəndir.
Ümumiyyətlə isə, düşünürəm ki, yuxarıda adı çkilən bütün layihələrlə bağlı şəffaflığın təmin edilməsi, ictimai təqdimatların keçirilməsi, ictimai vəsaitlər üzərində ictimai nəzarət imkanlarının yaradılması, maraqlı tərəflərin bu proseslərə cəlb edilməsi üçün münbit şəraitin yaradılması da çox vacibdir.
Osman Gündüz, İKT mütəxəssisi
Seçilən
5
4
news365.az

7Mənbələr