AZ

Bayden bu zərbələrlə Kim Çeni "inandırmaq" istəyir

Co Bayden prezidentliyinin lap sonunda Kiyevin aylardır etdiyi xahişə nəhayət təslim oldu və Ukrayna ordusuna Rusiyanın dərinliyinə zərbələr endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verdi.

Aktual.az xəbər verir ki, bunu "Le Monde" qəzeti yazıb.

Qeyd olunub ki, burada məqsəd Kursk vilayətində Şimali Koreya hərbçilərinin iştirakı ilə Moskvanın əks-hücumunu dəf etməkdə Ukraynaya kömək etməkdir:

"Hazırda prioritet Ukrayna və Rusiyanı mümkün qədər tez danışıqlar masasına oturtmaq planlarını açıqlayan Donald Tramp hakimiyyətə gələnə qədər Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisi üzərində nəzarətini saxlamaqdır".

Bildirilib ki, indiyədək ABŞ-ın dərin zərbələrdən imtina etməsi Rusiya tərəfinin eskalasiya qorxusu ilə izah edilirdi, çünki Moskva daim nüvə silahı ilə hədələyirdi.

"Digər məqsəd Şimali Koreya lideri Kim Çen İni Ukrayna işlərinə müdaxiləsinin əhəmiyyətli insan tələfatı ilə nəticələnəcəyinə inandırmaqdır", - qəzet vurğulayıb.

Seçilən
6
1
ulusum.az

2Mənbələr