AZ

Xaçmazda 59 yaşlı qadın özünü asdı

 Xaçmaz şəhər sakini, 1965-ci il təvəllüdlü Həsənova Məlahət İbrahim qızı  yaşadığı evdə özünü asıb.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi onun xəstəlik ağrılarına dözə bilməməsi olub. M.Həsənova bundan öncə bir neçə dəfə intihara cəhd edib.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Xanlar Qaraca

Seçilən
70
50
unikal.az

10Mənbələr