AZ

U19 millimiz Moldova ilə üz-üzə - YENİLƏNİR

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində üçüncü matçına çıxacaq.

Apasport.az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gələcək.

Kişinyovdakı “Zimbru” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Meydan sahibləri 1 xalla üçüncü, əvvəlki iki görüşdə məğlub olan U-19 yığmamız sonuncu - dördüncü sıradadır. Lider İslandiyanın 6, ikinci yerdəki İrlandiyanın 4 xalı var.

Qeyd edək ki, U-19 daha əvvəl İslandiya (0:2) və İrlandiyaya (0:4) uduzub.

Tural Axundov: "Fikirləşdim ki, gedib oralarda oynamamaqdansa..." - Müsahibə

Premyer Liqa klubu millimizin üzvünü istəyir

Nicat Qurbanov: "Bəzi klubların sponsorlarının olmaması ciddi problemdir" - Müsahibə

"Zirə" və "Sumqayıt"ın matçlarının tarixi bəlli oldu

Mahir Şükürov: “Yalnız “Kəpəz”də deyil, bir neçə klubda pulları basıb-yeyirlər”

Seçilən
8
apasport.az

1Mənbələr