AZ

Azərbaycanın U-17 millisi Rumıniyaya qarşı

style='margin-bottom:10px;'>

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

QOL.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda 3-cü matçında Rumıniya ilə üz-üzə gələcək.

Rumıniyanın Buftya şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

U-17 millimiz daha əvvəl Yunanıstana 0:3, Macarıstana isə 0:4 hesabı ilə məğlub olub.

Hazırda Rumıniya 1 xalla qrupda 3-cüdür. Xalı olmayan Azərbaycan millisi isə sonuncu yerdədir. 

19 noyabr

Avro-2025-in seçmə mərhələsi

14:00. Azərbaycan (U-17) - Rumıniya (U-17)

Rumıniya Milli Futbol Mərkəzinin stadionu

Xallar: Yunanıstan - 6, Macarıstan - 4, Rumıniya - 1, Azərbaycan - 0.

Seçilən
42
4
teleqraf.com

5Mənbələr