AZ

Livan və “Hizbullah” ABŞ-ın atəşkəs təklifi ilə razılaşıb

Livan və “Hizbullah” ABŞ-ın İsraillə atəşkəsə dair təklif etdiyi saziş layihəsini təsdiqləyib, lakin bəzi qeydlər əlavə edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Livan parlamenti sədrinin köməkçisi Əli Həsən Xəlil məlumat verib.

Onun sözlərinə görə, Livan ABŞ-ın Beyrutdakı səfiri Liza Consona yazılı cavabını göndərib.

Əli Həsən Xəlil indi hər şeyin İsraildən asılı olduğunu qeyd edərək, bildirib ki, bu, atəşkəsə nail olmaq üçün göstərilən ən ciddi səydir.

Livan rəsmisi bildirib ki, əlavə qeydlər müsbət mənada təqdim olunub. Digər təfərrüatlar açıqlanmayıb.

Seçilən
14
19
veteninfo.az

10Mənbələr