AZ

“Rusiyanın qərbə cavabı səs-küylü olacaq” - Zaxarova

"Qərbin Rusiya ərazisinə raket hücumlarına Moskvanın cavabı adekvat olacaq".

Olaylar xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kiyevə Rusiya ərazisinə raket zərbələri endirməsinə icazə verilməsi ilə bağlı mövzunu şərh edərkən deyib.

"Kiyevin ərazimizə hücum etmək üçün uzaqmənzilli raketlərdən istifadə etməsi ABŞ və onun peyklərinin Rusiyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirakı, eləcə də münaqişənin mahiyyətində köklü dəyişiklik deməkdir. Bu halda Rusiyanın cavabı adekvat və səs-küylü olacaq".

Zaxarova qeyd edib ki, yayılan məlumatların rəsmi mənbələrə əsaslandığı hələlik məlum deyil.

Xatırladaq ki, ABŞ Prezidenti Co Baydenin Birləşmiş Ştatların ATACMS, Fransa və Böyük Britaniya isə SCALP/ "Storm Shadow" uzaqmənzilli raketləri ilə Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməsinə dair məlumat yayılıb. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
60
6
olaylar.az

9Mənbələr