AZ

Diyarbakır hava limanında sərnişindaşıma 2 milyon nəfərə yaxınlaşıb

Bakı. Trend:

2024-cü ilin oktyabr ayında Diyarbakır Hava Limanına gələnsərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faizartaraq, 1 milyon 809 min 802 nəfər olub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin oktyabr ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilinanaloji dövrü ilə müqayisədə 4 faiz artaraq,1 milyon 668 min 631nəfər, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 141 min 171nəfər təşkil edib.

2024-cü ilin oktyabr ayında hava limanının yük daşınması 2023-cüilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 17min 625 ton təşkiledib. Bununla yanaşı, 2024-cü ilin oktyabr ayında hava limanınındaxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü iləmüqayisədə 8 faiz artaraq, 14 min 707 ton, beynəlxalq reyslər üzrəyük daşınması isə eyni dövrlə müqayisədə 23 faiz artaraq, 2 min 919ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin oktyabr ayındahəyata keçirilən uçuşların sayı 2023-cü ilin oktyabr ayı iləmüqayisədə 2 faiz artaraq, 10 min 418 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz artaraq, 9 min557, beynəlxalq reyslər üzrə isə17 faiz artaraq 861 olub.

Bu ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə3 milyon 712 min 255 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə2 milyon 417 min 502 ton təşkil edib.

Məqalədə:
Seçilən
13
18
az.trend.az

10Mənbələr