AZ

"Azərbaycanda məşğulluğun 46 %-i kənd əhalisinin payına düşür" - nazirdən AÇIQLAMA

Image

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 çərçivəsində keçirilən "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi" tədbirində çıxış edib. Nazir çıxışında qeyd edib ki, Azərbaycanda əhalinin 50 %-i kənddə yaşayır: “Məşğulluğun 46 %-i kənd əhalisinin payına düşür. Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsündə yaşıl iqtisadiyya keçid üçün mühüm əhəmiyyət kəsb edir”.
Nazir qeyd edib ki, təşəbbüsün əsas məqsədi kənd təsərrüfatının transformasiyasını həyata keçirməkdir: “Bu təşəbbüsün üç hədəfi var. Birincisi, onum fermerlər üçün platforma olması, əməkdaşlığı daha da gücləndirməkdir. İkincisi, bu sahədə invesitisiya axınını gücləndirməkdir. Buraya özəl banklar da qoşulacaq. Üçüncüsü, qadın fernerlər daxil olmaqla onların imkanlarını gücləndirilməsidir".

Mətləb Salahov





Seçilən
24
baki-xeber.com

1Mənbələr