AZ

Bolşeviklərin Azərbaycandakı qurbanları

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

VI Yazı

ZaqatalaÜsyanı

Zaqatala Üsyanı 1920-ci il iyunun birinci yarısında Zaqatala bölgəsində sovet işğalına qarşı baş vermiş xalq hərəkatı idi. Qarabağdakı aprelişğalına qarşı üsyan ilə eyni vaxtda başlayıb. Üsyanın məqsədi Qızıl Orduhissələrinin Zaqatala bölgəsindəki azğınlıqlarının qarşısını almaq vəAzərbaycanı bütövlükdə rus işğalından azad etmək idi. Üsyan iyunun 6-da başladı. Üsyanda xalq kütlələri ilə bərabər, azsaylı olmasına baxmayaraq Milli Ordu qoşun dəstələri də iştirak edirdi. Onun rəhbərləri də xalq arasındanseçilmişdi. Zaqatala üsyanının rəhbəri, Tala kəndinin imamı Hafiz Əfəndi idi.

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Zaqatalada yerləşən və sonradan sovet hakimiyyətinə tabe etdirilən taboru da üsyançıların tərəfinə keçdi.Sayları 3000 nəfərdən ibarət üsyançılar Qızıl Ordu birləşmələrini asanlıqla məğlub edərək 1920-ci il iyunun 9-da Zaqatala qalasını ələ keçirdilər. Səhər saat 6-da bölgədəki üsyançı qüvvələrZaqatalaya toplaşdılar. Şəhər qalası və teleqraf dərhal ələ keçirildi. İnqilab Komitəsi üzvlərinin və sovet işçilərinin həbsi barədəqərar verildi. Gürcüstanla sərhəddə yerləşən keçmiş Azərbaycan Xalq Cümhuriyyəti taborunun üsyançılara qoşulması onların gücünü daha da artırdı. Qısa müddət sonra Qax da rus ordusundanazad edildi. XI QızılOrdunun bölgədə yerləşdirilmiş 7-ci süvari diviziyasının 37, 39 və 40-cı süvari alayları 1920-ci il iyunun 10-da Əlibəyli,Yuxarı Muxax kəndləri yaxınlığındakı yüksəklikdə, Qaraman və sair məntəqələr ətrafındadöyüşlərdə üsyançı qüvvələrin müqavimətini qıra bilməyib böyük itkilər verdi. İyunun 11-də üsyançılar 39-cu süvari alayının Əmbərçayətrafındakı zastavalarını da geri çəkilməyə məcbur etdilər. İyunun 13-də strateji əhəmiyyətli Baş Göynük kəndi də üsyan qaldırdı və kəndQızıl Ordu qüvvələrindən təmizləndi.

Bu zamana qədər artıq ZaqataladaSovet hakimiyyəti devrilmişdi. Vəziyyət nəzarətdən çıxmış, ruslar üçün daha ciddi təhlükə olmağa başlamışdı. Zaqatala üsyançıları Yevlaxa tərəf yönələrək oranı ələ keçirib Qarabağdakı üsyançılar ilə əlaqə qurmağı düşünürdülər.Bu plan barədə xəbər tutan bolşeviklər Zaqatalaya hücum hədəflərini daha da tez bir müddətə həyata keçirməyə tələsdilər. Onlar Zaqatala qalasını ələ keçirib,orada ölüm hökmünə məhkum edilən Müvəqqəti İnqiab Komitəsi üzvlərini həbsdən azad etmək istəyirdilər.

Bölgədə hərbi təşəbbüs bütünlüklə üsyançı qüvvələrin əlinə keçdi və onların döyüş fəallığı nəticəsində XI Qızıl Ordunun 7-ci süvari diviziyasının vəziyyəti xeyli mürəkkəbləşdi. Bu diviziyanı tamamilə məhv olmaqdan xilas etmək üçünbölgəyə Plastun alayı, II süvari alayı, Qarabağ üsyanının yatırılmasında iştirak edən XX diviziyanın 58-ci piyada briqadası, 27-ci zirehli dəstə və artilleriyagöndərildi. Kommunistlərdən təşkil edilmiş dəstədən ibarət əlavə qüvvələr göndərildi. Əlavə qüvvələr iyunun 16-da bölgəyə yerləşdilər və iyunun 17-də bütün cəbhəboyu üsyançıqüvvələrin üzərinə hücum təşkil edildi. Çoxsaylı hərbi texnikaya və üstün qüvvələrə malik olan XI Qızıl Ordu hissələri gün ərzində üsyançıların müqavimətini qırmağa nail oldular. Zaqatala-Şəki şose yolu və digər strateji məntəqələr yenidən onların əlinə keçdi. İyunun 18-də isə XI Qızıl Ordu hissə və bölmələri Zaqatalaya daxil oldular və burada sovet işğal hakimiyyəti yenidən bərpa edildi.Bölgə əhalisinə qarşı soyqırım törədildi və qanlı divan tutuldu.

21iyundan etibarən Zaqatala bölgəsində cəzalandırıcı tədbirlər yenidən başladıldı.Bolşeviklər tərəfindən müxtəlif şəxslərin həbsi, evlərin talan edilməsi və insanlara qarşı güc tətbiq edilməsi həyata keçirildi. Həm Qızıl Ordu mənsubları, həm də ÇK üzvləri olan şəxslər insanların evindəaxtarışlar həyata keçirib, kütləvi həbslər etdilər. Həbs edilən insanların evləri bolşeviklər tərəfindən talan edildi, eyni zamanda həmin insanların mülkiyyətində olan mal-qara bölgədəki hərbi birliklərin tabeliyinəverildi. Cəza tədbirləri o qədər geniş əhatəli həyata keçirildi ki, bəzən bütün kəndlər boşalmış, yalnız qadınlar, uşaqlar və yaşlılar tərəfindən məskunlaşdırılmış hala gətirildi.Talanların adi hala çevrilməsinə görə Qızıl Ordunun bölgə komandanı bunları deməyə məcbur olmuşdu: Qızıl Ordu bu qədər zəngin bölgəni elə vəziyyətə gətirib ki, əhali nəinki hərbi hissələri, heç özünü də dolandıra bilmir.

Məğlub edilmələrinə baxmayaraq,üsyançılar tamamiə dağılmamışdılar. Onlardan bəziləri dağlarda və meşələrdə gizlənməkdə idi,bir hissəsi isə Gürcüstana qaçmışdı. Hafiz Əfəndi, Müslim Əfəndi, Aslan bəy Qardaşov, Bəşir bəy Qalaçiyev kimi şəxslərin tabeliyində olan və Gürcüstanın Zaqatala ilə qonşu Laqodexi bölgəsində yerləşən dəstələr yeni üsyan başlatmaq üçün fürsətin meydana çıxmasını gözləyirdilər. Lakin 1921-ci ilin fevralında Gürcüstandakı menşevik hökuməti də bolşeviklər tərəfindən devrildi və orada da bolşevik hakimiyyəti bərqərar edildi.

Qızıl Ordu komandirləri etiraf edirdilər ki, Zaqatala üsyanı daQarabağdakı üsyan zamanı olduğu kimi, əksinqilabçılara münasibətdə eyni amansızlıqla yatırıldı və əhalinin tərk-silah edilməsi başlandı... Bütünlüklə üsyançılardan 6 mindən çox xarici və rus tüfəngi,karabini, berdankası, 8 pulemot və böyük miqdarda tapança,müxtəlif markalı tapançalar və digər döyüş sursatı alındı”.

1929-cu ildə Zaqatala bölgəsində həyata keçiriən rayonlaşdırma zamanı onun ərazisində Zaqatala,Balakən və Qax rayonları yaradıldı.

Qarabağ Üsyanı (1920)

Yeni hökumətə qarşı ilk qüvvətli üsyan Qarabağda başladı.Yerli əhali, xüsusən də daşnak Ermənistanının nizami qoşunlarına qarşı mübarizə aparmış Azərbaycan Xalq Cümhuriyyəti ordusunun əsgər və zabitləri işğala qarşı nifrətini silahlı çıxışlarla ifadə edirdilər.Bu zaman Şuşada Qarabağ sakinlərindən ibarət 300 nəfərlik silahlı dəstə də formalaşmışdı. Qarabağdayaranmış gərgin vəziyyət, nəhayət, partlayışla nəticələndi. Qarabağ Üsyanı Azərbaycanda sovet rejiminə qarşı ilk güclü müqavimət idi.

QarabağÜsyanı 1920-ci ildə Azərbaycan Milli Ordu hissələrinin Sovet hakimiyyətinə qarşı üsyanı, rus işğalına qarşı üsyanlardan biridi.1920-ci ilin may ayında Qarabağda XI Qızıl Ordu hissələri ilə Azərbaycan Ordusunun əsgərləri arasında bir neçə lokal toqquşmalar baş vermişdi. Hələ mayın 21-də Tərtərdə yerləşən 32-ci piyada diviziyasının282-ci alayıyerini yeni gələn Qızıl Ordu hissələrinə verən zaman özləri ilə bərabər 3-cü süvari Şəki alayının (Milli Ordu) atlarını da aparmağa cəhd etdikdə əsgərlər silahlı müqavimət göstərmişdilər,əks tərəf top atəşləri ilə cavab verdikdə Şəki süvariləri hücuma keçərək 282-ci alayın əsgərlərini,demək olar ki, hamısını qırmışdılar.

Şəki alayını tələyə salmaq məqsədilə XI Qızıl Ordunun Yevlaxdakı komandanlığı ona Bərdədən Yevlax istiqamətinə hərəkət etmək əmri verdi.Süvarilər Yevlaxa hərəkətdə ikən Gəncə üsyanı barədə xəbərlər eşitdilər.Bu xəbəri dəqiqləşdirmək üçün Yevlaxa yola düşən alayın komandanı Ehsan xan Naxçıvanski onu müşayət edən bir neçə hərbçi ilə birlikdə XI Ordu qərargahına gətirilərək dərhal güllələndi. Əsgərlərin əksəriyyəti isə evlərinə getmək qərarına gəldilər. Lakin 28 nəfər əsgər, 4 nəfər zabit axıradək döyüşmək üçün Qarabağa tərəf hərəkət etdilər.Bu hadisə xalq içərisində və tarixi ədəbiyyatda“32-lərin dastanı” kimi qalmışdı. Onlar Bərdənin sağ sahilinə keçərək sayı 1200-1500-ə yaxın olan yerli üsyançılarla birləşdilər.”32”lər üsyançıları səfərbərliyə alaraq Bərdənin sağ sahilindəki qüvvələri şəhərin kənarına sıxışdırıb, Qarabağa hərəkət üçün ciddi strateji əhəmiyyət kəsb edən bu mövqeni bir həftəyə qədər nəzarət altında saxlaya bildilər.Üsyançılar XI Qızıl Ordu hissələri ilə üç gün qanlı döyüşlər apardıqdan sonra məğlub oldular.

Milli Ordunun 6 minə qədər əsgər və zabit heyəti-Nuxa, Cavanşir, Ağdam, Tərtər süvari alayları, habelə Bakı piyada alayı və iki topçu divizionu Qarabağ bölgələrinə nəzarət edirdi. Qızıl Ordunun iki diviziyasına bu milli ordu hissələrini tərksilah etmək tapşırılmışdı. İyunun 5-də Tərtərdə, Ağdamda və Şuşada istilaçılara qarşı qarşı üsyanlar baş verdi. Tərtər üsyançıları rus ordusunun böyük bir alayını darmadağın etdilər. Ağdamda da ruslar böyük tələfat verdilər.Yuxarı Qarabağda daşnaklar rus ordusu ilə əlbir hərəkət edirdilər. Onlar vəziyyətdən istifadə edib əzəli Azərbaycan torpağı olan Qarabağı ələ keçirmək istəyirdilər. Şuşa əhalisini üsyana qaldıran səbəblərdən biri də bu idi.

Bu zaman Şimalivə Cənubi Qafqazda Sovet Rusiyasına qarşı mübarizə aparan qüvvələri birləşdirməyə cəhdlər göstərilirdi. Dağıstandan bir qrup türk zabiti və əsgəri general Nuru Paşanın rəhbərliyi ilə Şuşaya üsyan etmiş xalqa köməyə gəldi. Üsyançılar Qarabağı rus qoşunlarından azad edib Qarabağ İnqilab Komitəsinin üzvlərini həbs etdilər. Qafqaz İslam Ordusunun komandanı olmuş Nuru Paşa Qarabağın hakimi elan edildi. Nuru Paşanın qərargah rəisi polkovnik Mahmud bəy Zeynalov idi. Onun ətrafında Azərbaycan ordusunun zabitlərindənNuh bəy Sofiyev, Şəfiyev, sabiq pristav Kərimbəy Qalabəyov və başqaları var idi. İyunun 6-da yeni hakimin sərəncamı ilə Şuşa İnqilab Komitəsinin sədri B.Vəliyev, Türkiyə kommunisti SüleymanNuru, qırmızı molla C. Hüseynov güllələndilər.

Ancaq XI Qızıl Ordunun əlavə kömək almış hissələri ermənilərin yaxından iştirakı ilə azadlıq uğrunda mübarizəyə qalxmış əliyalın əhalini qırmağa başladı.Bərdədə və Ağdamda xalqa divan tutan istilaçı ordu iyunun 15-də qüvvələr nisbətinin üstünlüyündən istifadə edərək Şuşanı ələ keçirdi. Milli Ordu hissələri Nuru Paşanın komandanlığı altında Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilib ölkəni tərk edərək Xiyabaninin nəzarətində olan Güney Azərbaycanakeçdilər. Nuru Paşanın xatirəsində var ki, 300-ə yaxın Nargin adasında saxlanılan türk ordusuna məxsus hərbi əsir Azərbaycan Xalq Cümhuriyyətində Milli Ordunun formalaşması prosesinin ilkin mərhələsində iştirak edib. Nuru Paşa 6-7 gün ərzində Şuşanı ruslardan və ermənilərdən təmizləyərək azad edib. Qarabağda üsyanda iştirak edən milli hərbi qüvvələrimiz Nuru Paşanın ətrafında cəm olmuşdu. Gəncədə məğlubiyyətə uğrayan Azərbaycan Odusunun əsas heyətini təşkil etmiş milli qüvvələr də Qarabağa gəlib Nuru Paşa ətrafında birləşir. Daha sonra XI Qızıl Orduya məğlub olduqdan sonra onlar Qacar Dövləti ərazisinə Güney Azərbaycana keçirlər.Beləliklə, həmin qüvvələr Kazım Qarabəkir Paşanın komandanlığı altında Türkiyə Ordusunun Şərq cəbhəsinə daxil olurlar.

1920-ci il sentyabr ayının sonlarında Nuru Paşa Türkiyənin azadlıq mübarizəsinə qoşuldu və Sarıqamış ətrafında döyüşlərə qatıldı. Nuru Paşa bu döyüşə onunla birlikdə Türkiyə ərazisinə keçmiş Azərbaycan milli süvari alayı ilə daxil oldu və bir daha Azərbaycana bağlılığını nümayiş etdirdi. Onun qatıldığı döyüş də uğurlu oldu və Azərbaycan süvari alayı 1920-ci il sentyabr ayınınsonlarında Sarıqamışı ələ keçirdi. 1920-ci ilin oktyabrında Nuru Paşa Azərbaycan süvari alayı ilə artıq Ərzurumda idi.Türkiyə Böyük Millət Məclisinin qərarıyla Azərbaycan ordusuna mənsub 56 nəfəri (və yaxud 65 nəfər) zabit olmaqla 1200 ( və yaxud2000) nəfərlik süvari və piyada alayı Kazım Qarabəkir Paşanın komandanlıq etdiyi Şərq Ordusunun (15-ci kolordu) sıralarına qəbul olunurlar.TürkKurtuluşSavaşında iştirak edirlər.

Ardı var.

Seçilən
28
turkustan.az

1Mənbələr