AZ

Zelenski 450 şəxsə sanksiya tətbiq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski iki fərmanla əsasən Rusiyadan olan 147 fiziki və 303 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq sənədlər Ukrayna başçısının saytında dərc olunub.

O cümlədən, sanksiyalara Mərkəzin qoşunlar qrupunun komandanı, general-leytenant Andrey Mordviçev, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy, habelə TASS-ın baş direktoru Andrey Kondraşov və başqaları daxildir.

Bundan əlavə, Zelenski Rusiya, Kipr, Çin və digər ölkələrdə qeydiyyatdan keçmiş aviasiya, tikinti və texnologiya sahələrində şirkətlərə sanksiya tətbiq edib.

Sanksiyalar 5 ildən 10 ilədək müddətə tətbiq edilib.
 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
212
7
milli.az

6Mənbələr