AZ

​​​​​​​Elşad Məmmədov: "Artımlar alıcılıq qabiliyyətinin qorunması və istehsal sektoruna stimul verir"

 Minimum əməkhaqqı və pensiya artımları iqtisadiyyatın inkişafına müsbət təsir edir.

QHT.az-a özəl açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisad elmləri doktoru Elşad Məmmədovun fikrincə, minimum əməkhaqqı və pensiya məbləğlərindəki artımlar dövlətin sosial siyasətinin davamlılığını bir daha təsdiq edir.

O bildirib ki, bu artımlar əhalinin geniş kateqoriyalarının rifahının yüksəldilməsinə yönəlib:

“Alıcılıq qabiliyyətinin qorunması və inkişaf etdirilməsi baxımından bu artımlar iqtisadiyyatımıza, xüsusilə istehsal sektoruna müvafiq stimul və təkan verməlidir.”

Eyni zamanda, o vurğulayıb ki, bu siyasət ölkədə sosial müdafiə sistemində əldə edilən şəffaflıq və effektiv idarəetmə nəticəsində həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsləri ilə bu resurslar əhalinin sosial müdafiəsinin daha güclü bir sistemə çevrilməsinə yönəldilir.

 

Pərvanə Fərhadqızı

Seçilən
19
qht.az

1Mənbələr