AZ

Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıblar

Ağcabədidə

Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıblar.

1news.az-ın "Report"a istinadən xəbərinə görə, Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı İ.Quliyev və qardaşı R.Quliyev saxlanılıblar. Onlardan 2 ədəd ov tüfəngi və müvafiq icazələri olmadan qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Həmin şəxslər barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

Seçilən
38
28
1news.az

10Mənbələr