AZ

Ağcabədidə qanunsuz ov edən qardaşlar saxlanılıblar

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı İ.Quliyev və qardaşı R.Quliyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gundem.az-a bildirilib ki, onlardan 2 ədəd ov tüfəngi və müvafiq icazələri olmadan qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Həmin şəxslər barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

Seçilən
53
28
gundem.az

10Mənbələr