AZ

İlya Lixtenşteynin həyat yoldaşı 18 ay həbs cəzası aldı- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-də oğurlanmış milyardlarla dəyərində bitkoinlərin yuyulması ittihamı ilə məhkum edilmiş İlya Lixtenşteynin həyat yoldaşı, Hizer Morqan, 18 ay həbs cəzası alıb. Bu barədə "Washington Post" məlumat yayıb.

2023-cü ildə Lixtenşteyn və Morqan oğurlanmış bitkoinlərin yuyulmasında öz günahlarını etiraf ediblər. Noyabrın ortalarında Lixtenşteyn beş il azadlıqdan məhrum edilib. Morqan isə 120 min bitkoinin yuyulmasında ərinə yardım etdiyi üçün 18 ay həbs cəzası alıb.

Cütlük 2022-ci ilin fevralında həbs olunub. Axtarış zamanı onların kripto cüzdanlarında təxminən 95 min oğurlanmış bitkoin aşkarlanıb. Həbs zamanı bu vəsaitin dəyəri təxminən 3,6 milyard dollar olub. İttihama görə, cütlük 119 mindən çox bitkoini yumağa çalışıb.

Qeyd edək ki, Hizer Morqan daha əvvəl Honq Konq və Misirdə yaşayıb, SalesFolk kopiraytinq xidmətinin qurucusudur və TikTok-da "maliyyə bloqeri" kimi tanınır. Videolarında 20 yaşlarında heç bir xarici maliyyə dəstəyi olmadan "çoxmilyonluq biznes" qurduğunu izah edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr