AZ

“Minimum əməkhaqqı və pensiyanın artırılması üçün göstərişlər verilib”

“Əmək pensiyalarının orta aylıq məbləği 531 manat, yəni 8% çox nəzərdə tutulub”. 

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.  

“Minimum əməkhaqqı, minimum pensiya və sosial ödənişlərinin artırılması üçün göstərişlər verilib. DSMF-nin gəlir və xərcləri 11% artıq olacaq. Yaşa görə pensiya isə 569 manat manat nəzərdə tutulub”, - deyə nazir qeyd edib. 

Nuranə Daxilqızı

Seçilən
25
qafqazinfo.az

1Mənbələr