AZ

Rəcəb Tayyib Ərdoğan Braziliyada bir sıra görüşlər keçirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 liderlərinin sammiti çərçivəsində bir sıra görüşlər keçirib.

Rəcəb Tayyib Ərdoğan Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliya arasında qeyri-rəsmi məsləhət və koordinasiya platforması olan MİKTA-nın rəhbərləri ilə bir araya gəlib. 

Türkiyə lideri  həmçinin Avstraliyanın Baş naziri Entoni Albaneseni də qəbul edib. Görüşdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub. Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında əməkdaşlığın artırılması üçün səylərin davam etdiriləcəyini qeyd edib.

R.T.Ərdoğan həmçinin İsrailin Fələstin və Livan torpaqlarında törətdiyi qətliamların yalnız bölgə üçün deyil, qlobal miqyasda da təhlükəsizlik riski yaratdığını vurğulayıb. O, İsraili dayandırmağın və bölgədə daimi sülhün təmin edilməsinin dünya sülhünə böyük töhfə verəcəyini ifadə edib.



Seçilən
14
2
trt.net.tr

3Mənbələr