AZ

BMT: Qara dəniz gərginlik nöqtəsi olaraq qalır

BMT Təhlükəsizlik Şurasında Ukraynadakı hadisələrlə bağlı yüksək səviyyəli sessiya keçirilib. Sessiyada iştirak edən BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo bildirib ki, Qara dəniz hələ də gərginlik nöqtəsi olaraq qalır və dəniz təhlükəsizliyi və naviqasiya azadlığını dəstəkləmək üçün bütün əlaqədar tərəflərlə əlaqə davam etdiriləcək.

BMT Təhlükəsizlik Şurasında Ukraynadakı hadisələrlə bağlı yüksək səviyyəli sessiya keçirilib.

BMT-nin baş katibi Antonio Quterreşin adından sessiyaya qatılan DiKarlo xatırladıb ki, Rusiya Federasiyasının Ukraynaya “tam miqyaslı işğalı”ndan 1000 gün keçib.

Bu 1000 gündə BMT Nizamnaməsi və beynəlxalq hüququn kobud şəkildə pozulduğunu deyən DiKarlo milyonlarla Ukrayna xalqının ağrı, dağıntı və ümidsizlik içində yaşadığını bildirib.

Müharibənin dayanmadan davam etdiyinə diqqət çəkən DiCarlo, 2022-ci ilin fevral ayından bu yana 600-dən çoxu uşaq olmaqla ən az 12 min 164 mülki şəxsin həyatını itirdiyini açıqladı.

Təxminən 26 min 871 adamın yaralandığını ifadə edən DiCarlo, real rəqəmlərin çox daha yüksək ola biləcəyinə diqqət çəkdi.

Seçilən
15
kommersant.az

1Mənbələr