AZ

Yanan obyektdə olanlar tam təxliyə edilib - Elşad Hacıyev

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqədar polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

Bakupost.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

"Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər. Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb. Hazırda tədbirlər davam etdirilir", - deyə Elşda Hacıyev sosial şəbəkədə bildirib.
Seçilən
186
2
bakupost.az

6Mənbələr