AZ

Məsiyev Millətlər Liqası oyununda üç sarı vərəqə göstərdi

FİFA referisi Elçin Məsiyev Millətlər Liqasında daha bir oyunu idarə edib.

"Football-plus.az" xəbər verir ki, o, 6-cı turda ötən gecə keçirilən Lüksemburq - Şimali İrlandiya matçının baş hakimi olub.

Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək ediblər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirib.

2:2 hesabı ilə başa çatan matçda Elçin Məsiyev meydan sahiblərinin bir, qonaqların isə iki futbolçusuna sarı vərəqə göstərib.

Qeyd edək ki, Şimali İrlandiya qrupu 11 xalla 1-ci, Lüksemburq isə 3 xalla sonuncu pillədə başa vurub.

Seçilən
14
1
football-plus.az

2Mənbələr