AZ

Makron Lavrovu G20 sammitində tapıb əlini sıxdı

Fransa Prezidenti Emmanuel Makron, G20 sammitində Rusiya Xarici İşlər Naziri Sergey Lavrovu tapraq əlini sıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat verib. Nəşr qeyd edir ki, Donald Trampın ABŞ Prezidenti seçilməsi və onun Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq perspektivi, Ukraynadakı sülh təşəbbüsləri məsələsində Kiyevin digər müttəfiqləri arasında təsir mübarizəsini stimullaşdırır.

Xüsusilə, Almaniya kansleri Olaf Şoltsun Putinə etdiyi telefon zəngi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynadakı münaqişəni dondurmağı təklif edən planı qeyd edilir.

Qeyd edək ki, G20 ölkələri Ukraynada möhkəm sülhün qurulmasına yönəlmiş bütün konstruktiv təşəbbüsləri alqışlayıblar.

Bizim.Media

Seçilən
2
2
bizim.media

3Mənbələr