AZ

Son bir ildə Livanda 210-dan çox tibb işçisi ölüb – BMT


2023-cü ilin oktyabr ayından bəri Livanda ən azı 212 tibb işçisi dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin Livandakı vəziyyətlə bağlı hesabatında qeyd edilib.
“2023-cü ilin oktyabr ayından bəri tibb müəssisələrinə 136 hücum olub, nəticədə 212 tibb işçisi həlak olub”, - sənəddə bildirilib.
Hesabata görə, hücumlar nəticəsində Livanın 178 səhiyyə müəssisəsindən 21-i fəaliyyətini dayandırmaq və ya məhdudlaşdırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, 23 sentyabr 2024-cü ildə İsrail Livanda “Hizbullah” təşkilatına qarşı “Şimalın Oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı onun hərbi hədəflərinə kütləvi zərbələr endirib.
Seçilən
27
yeniavaz.com

1Mənbələr