AZ

Rus zabitinə sui-qəsdi Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib

Rus

Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanmasının 1-ci dərəcəli kapitanı Valeri Trankovskiyə qarşı terror aktını Ukrayna Təhlükəsizlik Xidməti (UTX) komandirinin müavini Aleksandr Poklad təşkil edib.

Bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Müstəntiqlərin fikrincə, rus zabitinə qarşı cinayəti Pokladin ümumi rəhbərliyi altında fəaliyyət göstərən UTX Əks-kəşfiyyat İdarəsinin 5-ci idarəsinin rəisi, polkovnik Yuri Murilev planlaşdırıb.

Trankovskinin avtomobili noyabrın 13-də səhər saatlarında Sevastopolda işə gedərkən partladılıb.

Aradan bir həftə keçməmiş cinayətdə iştirak edən iki nəfər saxlanılıb. Onların Krım sakinləri - 1986-cı il təvəllüdlü qadın və 1977-ci il təvəllüdlü bir kişi olduğu ortaya çıxıb. Dindirilmə zamanı onlar etiraf ediblər.

Kişi ötən yay UTX tərəfindən işə götürüldüyünü söylədi. Kiyevin göstərişi ilə o, bombanı Trankovskinin maşınının altına qoymalı idi. Öz növbəsində qadın avtomobilə nəzarət etdiyini və kuratora məlumat ötürdüyünü bildirib.

Cavid

Seçilən
20
xalqcebhesi.az

1Mənbələr