AZ

Məsud Pezeşkian Moskva səfərinə hazırlaşır

İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali bildirib ki, Tehran iki ölkə arasında hərtərəfli strateji əməkdaşlıq haqqında saziş imzalamaq üçün Rusiyaya gələcək İran prezidenti Məsud Pezeşkianın səfərinin tarixini Moskva ilə razılaşdırır.

“İki ölkə arasında hərtərəfli sazişin imzalanması üçün İran prezidentinin Rusiyaya səfərinin dəqiq tarixi hələ müəyyən edilməyib, lakin biz Rusiya tərəfi ilə işləyirik ki, Məsud Pezeşkianın Moskvaya səfəri üçün uyğun vaxt tapa bilək”, – Kazım Cəlali bildirib.

Səfir əlavə edib ki, Rusiya və İran arasında hərtərəfli strateji əməkdaşlıq haqqında saziş əslində hazırdır, onun bağlanmasına heç bir maneə yoxdur.

//Samir Qurbanov, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr