AZ

Boğaz ağrısını birdəfəlik unutduracaq üsullar

Boğaz ağrısı xəstəliklər səbəbiylə meydana gələn bir problemdir. Boğazın qıcıqlanmasına səbəb olan yuxarı tənəffüs yollarının xəstəlikləri nəticəsində yaranan bu ağrıdan xilas olmaq üçün bəzi təbii üsullar var.

Söz.az boğaz ağrısını birdəfəlik yox edəcək üsulları təqdim edir:

1.    Bal boğazdakı qıcıqlanmanı aradan qaldıraraq boğaz ağrısını yox edir. Həmçinin infeksiyaya qarşı da istifadə edilə bilər. 1 çay qaşığı bal həm də quru öskürəyi aradan qaldırır.

2.    Zəncəfil yumşaldıcı təsirə malikdir və ağlayan zaman yaranan boğazda yaranan qıcıqlanmanı aradan qaldırır. Boğaz ağrısını zəncəfillə aradan qaldırmaq üçün 1 çimdik toz zəncəfil ilə 1 çay qaşığı bal qarışdırıb iyemək lazımdır. Bununla da ağrıdan əsər-əlamət belə qalmayacaq. 

3.    Çobanyastığı çayı təbii antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bu çay xüsusilə soyuqdəymə nəticəsində yaranan boğaz ağrısını aradan qaldırmağa kömək edir. Çobanyastığı çayı qıcıqlanmanı aradan qaldırır, boğazın yumşalmasına və sağalmasına kömək edir.

4.    Alma sirkəsi də boğaz ağrısını aradan qaldıran təbii üsullardan biridir. Lakin bu üsul həssad orqanizmi olan şəxslərə zərər verə bilər. Buna görə də alma sirkəsindən istifadə edərkən onu su ilə seyreltmək daha yaxşıdır. Alma sirkəsi ilə qarqaranın boğaz ağrısına xeyri var. 


Seçilən
23
news24.az

1Mənbələr