AZ

Siyasi-analitik: Ukrayna müharibəsi Trampla Ərdoğanı yaxınlaşdıra bilər...

Türkiyə prezidentinin Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh planını təqdim etmək niyyətində olduğu haqqında məlumatlar var...

Kənan Novruzov: “Məncə, Ukrayna məsələsi ilə bağlı əslində Türkiyə ilə Respublikaçıların, yəni Trampın mövqeyi daha yaxındır, nəinki Baydenin”.

“Onsuz da, ABŞ Rusiya ilə rəqibdir. Amma Baydenə nisbətən Trampın Rusiyaya münasibəti daha loyaldır. Ərdoğan da yeganə liderlərdəndir ki, hazırkı Rusiya-Ukrayna müharibəsində tərəf tutmur, Rusiya ilə təmaslarını qoruyur. Bu da Trampla Ərdoğanı yaxınlaşdıra bilər”.

Bu sözləri siyasi-analitik Kənan Novruzov Ərdoğan və Trampın Ukrayna müharibəsindəki mövqeyini Poliqon-a şərh edərkən qeyd edib.

Məlumdur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 18-də Braziliyada başlayan G20 sammitində Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh planını təqdim etmək niyyətində olduğu haqqında məlumatlar var. Digər tərəfdən ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp da Ukrayna müharibəsinə son qoyacağını sülh planı tərtib edəcəyini bildirir.

Bəs, bu planlar ortaq xarakter daşıya bilərmi?

Türkiyə prezidentinin və ABŞ-ın yeni prezidentinin Ukrayna müharibəsi ilə bağlı hazırladığı sülh planını Poliqon-un əməkdaşı siyasi-analitik Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Rəsmi Ankara müharibənin başa çatması üçün çalışır. Ancaq mən yaxın 4-5 ayda Ukrayna müharibəsinin başa çatacağını düşünmürəm”.

Demokratlar, yəni Baydenin vəziyyəti daha da gərginləşməyə çalışdığını vurğulayan analitik Poliqon-a bildirib ki, Bayden Tramp hakimiyyətə gələndən sonra suların durulmasının daha çətin olmasını istəyir:

“Məncə, Ukrayna məsələsi ilə bağlı əslində Türkiyə ilə Respublikaçıların, yəni Trampın mövqeyi daha yaxındır, nəinki Baydenin. Çünki ilk öncə Türkiyə müharibənin başa çatmasında maraqlıdır və Tramp da bunda maraqlıdır. Amma Bayden deyirdi ki və indi də deməkdədir ki, Ukrayna ərazi bütövlüyünü davam edənə qədər ABŞ guya Ukraynanı dəstəkləyəcək. Bilavasitə belə qənaətə gəlmək olar ki, Bayden müharibənin uzanmasında maraqlıdır.

İkincisi Baydenə nisbətən Trampın Rusiyaya münasibəti daha loyaldır. Onsuz da, ABŞ Rusiya ilə rəqibdir. Ərdoğan da yeganə liderlərdəndir ki, hazırkı Rusiya-Ukrayna müharibəsində tərəf tutmur, Rusiya ilə təmaslarını qoruyur. Bu da Trampla Ərdoğanı yaxınlaşdıra bilər. Başqa formada desək, Trampın and içməsindən sonra ABŞ-la Türkiyə Ukrayna məsələsinə görə yaxınlaşa bilər.

Kənan Novruzov: “Hər bir halda görünən odur ki, artıq müharibənin başa çatmasının vaxtı çatıb”.

Bundan qabaq belə məlumat yayıldı ki, Ərdoğan müharibənin dondurulması planı ilə çıxış edəcək. Ancaq sonradan Türkiyə bu məlumatı təkzib etdi. Hər bir halda görünən odur ki, artıq müharibənin başa çatmasının vaxtı çatıb. Biz müşahidə edirik ki, Demokratlar, yəni Bayden çalışır ki, vəziyyəti daha da gərginləşdirsin. O istəyir ki, Tramp hakimiyyətə gələndən sonra suların durulması daha çətin olsun. Buna görə də, uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə vurulmasına icazə verdi. Bu da gərginliyin daha da artmasına və müharibənin növbəti mərhələyə keçməsinə hesablanıb.

Bunu Tramp və Ərdoğan da başa düşür. Onlar görürlər ki, müharibənin daha da genişlənmə riski var. Odur ki, rəsmi Ankara müharibənin başa çatması üçün çalışır. Ancaq mən yaxın 4-5 ayda Ukrayna müharibəsinin başa çatacağını düşünmürəm. Bu mümkün görünmür”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
26
50
poliqon.info

10Mənbələr