AZ

Avstriyalı nazir: Bakıya bəşəriyyət üçün kritik bir məqamda toplaşmışıq

Beynəlxalq ictimaiyyət planetin gələcəyi ilə bağlı mühüm qərarlar qəbul etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) kritik bir məqamda toplaşıb...

Poliqon xəbər verir ki, bunu Avstriyanın iqlimin mühafizəsi, ətraf mühit, enerji, innovasiya və texnologiyalar naziri Leonora Gevessler COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.

Onun sözlərinə görə, iqlim mübarizəsi təcili və inklüziv tədbirlər tələb edir.

L.Gevessler vurğulayıb ki, iqlim maliyyəsinin Yeni Kollektiv Kəmiyyət Hədəfi Bakıda COP29-da həll edilməli olan məsələlər paketinin mərkəzi hissəsidir. İqlim maliyyəsinin məqsədi inkişaf etməkdə olan ölkələrə transformasiya və iqlim dəyişikliyinin məhvedici nəticələri ilə mübarizədə dəstək verməkdir.

Poliqon.info

 

 

Poliqon.info

Seçilən
37
6
poliqon.info

8Mənbələr