AZ

Bakıda bu binaya istilik verilmir: Sakinlər narazıdır

"Hər il noyabrın 15-dən Bakıda mənzillərə istilik verilməlidir.Lakin bu gün ayın 19-udur, hələ də Xətai rayonu Nəsrəddin Tusi küçəsi ev 29-a istluk verilməyib".

Bu barədə binanın sakini, jurnalist Elman Cəfərli "Cebheinfo.az"-a məlumat verib. O bildirib ki, istilik cəmi bir gün, yəni noyabrın 15-də verilib, sonra isə kəsilib: "“Azəristiliktəchizat" ASC-yə zəng etmişik, əməkdaşlarına məlumat vermişik, tədbir görən yoxdur.
​​​​​​​

Batareyalara qaynar su verilmir. Qurumun əməkdaşları sakinlərə deyiblər ki, mənzil sakinləri günahkardır, guya onlar batareyaların kranın açıb havanı buraxmalıdır. Yalan deyirlər, mənzilləri bir-bir gəzib kranları açmışıq, dedikləri hava da çoxdan çıxıb. Xəttdə hava var idisə, noyabrın 15-də istilik necə verildi? Sakinlər çox narazıdır. Evdə xəstəsi, körpəsi olan var.

“Azəristiliktəchizat" ASC-nin qəsdi nədir, niyə bizi soyuqdan dondururlar?"

Seçilən
10
2
demokrat.az

3Mənbələr