AZ

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının mühüm sektorudur - Nazir

Bakı. Trend:

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının mühüm sektorudur,ÜDM artımına təkan verir, kəndlərin dolanışıq vasitələrinidəstəkləyir və milli ərzaq təhlükəsizliyini qoruyur.

Trend xəbər verir ki, bubarədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29Prezidentliyinin mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, son onillikdə Azərbaycan kənd təsərrüfatəsektorunun modernləşdirilməsi, texnologiyaya sərmayə qoyuluşu,davamlı təcrübələrin təşviqi və yüksək dəyərli məhsullara diqqətyetirməklə istehsalın şaxələndirilməsi sahəsində diqqətəlayiqnailiyyətlər əldə edib.

Azərbaycanda biz qadın fermerlərin artan iştirakını görürük.Gənclərin cəlb olunması, insan resursları imkanlarınıngücləndirilməsi, tədqiqatların və innovasiyaların inkişafetdirilməsi, su idarəetmə sistemlərinin təkmilləşdirilməsi vədavamlı təcrübələri təşviq etmək üçün yaşıl subsidiyaproqramlarının həyata keçirilməsi strategiyamızın əsasını təşkiledir.

Bu gün biz fermerlərin, xüsusən də qadınların və gənclərinsəlahiyyətlərini genişləndirmək və qlobal əməkdaşlığı gücləndirməküçün nəzərdə tutulmuş inklüziv platforma olan Fermerlər üçün BakıHarmoniya İqlim Təşəbbüsünü işə salmaqdan qürur duyuruq. Harmoniyabiliklərin paylaşılmasına, iqlimin maliyyələşdirilməsininasanlaşdırılmasına və kənd təsərrüfatında fermerlərinqarşılaşdıqları unikal problemlərin həllinə diqqət yetirir”,- deyənazir bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
24
az.trend.az

1Mənbələr