Bunu APA-ya açıqlamasında Avropa Yenidənqurma və İnkişaf Bankının Dayanıqlı İnfrastruktur Qrupunun Rəhbər müavini və AYİB Yaşıl Şəhərlər proqramının rəhbəri Lin O’qreydi deyib.
O bildirib ki, AYİB-də xüsusilə yaşıl dayanıqlı şəhərlərin, şəhərlərdə davamlı layihələrin maliyyələşdirilməsi üçün ayrılmış bir obyekt yaradılıb:
“Biz bunu AYİB Yaşıl Şəhərlər adlandırırıq və o, AYİB-in fəaliyyət göstərdiyi ölkələri əhatə edir. O, investisiya ilə yaşıl şəhər fəaliyyət planının hazırlanması vasitəsilə strateji planlaşdırmanı birləşdirir.”
AYİB Yaşıl Şəhərlər proqramının rəhbəri qeyd edib ki, indiyə qədər 25 ölkədə 90 layihəyə 3 milyard sərmayə qoyulub.
3Mənbələr
-
demokrat.azAYİB rəsmisi: Azərbaycan Yaşıl Şəhərlər proqramının necə işlədiyinə dair çox yaxşı nümunədir ( 13170880)
-
sherg.azAYİB rəsmisi: Azərbaycan Yaşıl Şəhərlər proqramının necə işlədiyinə dair çox yaxşı nümunədir ( 13166404)
-
apa.azAYİB rəsmisi: Azərbaycan Yaşıl Şəhərlər proqramının necə işlədiyinə dair çox yaxşı nümunədir ( 13165639)