AZ

Nazir: Kənd təsərrüfatı sahəsində su çatışmazlığı və iqlim dəyişikliyi məsələlərinin həlli üzrə Milli Adaptasiya Planı hazırlayırıq

"2030-cu ilədək biz elektrik enerjisinə olan tələbatın 30 faizini bərpa olunan enerji mənbələri hesabına ödəməyi nəzərdə tuturuq".

APA xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 Prezidentliyinin mətbuat konfransında söyləyib.

O həmçinin kənd təsərrüfatı sahəsinin ərzaq təhlükəsizliyini təmin etməklə, ölkə iqtisadiyyatının ən mühüm sektorlarından biri olduğunu vurğulayıb.

Nazir əlavə edib ki, Azərbaycan Paris İqlim Razılaşması üzrə öhdəliklərini tam şəkildə yerinə yetirir:

"Son illərdə Azərbaycan kənd təsərrüfatı sahəsinə investisiyalar cəlb etməklə bu sahənin modernləşdirilməsi istiqamətində xeyli irəliləyişlər əldə edib. Bura həm də sözügedən sahədə çalışan kadrların potensialının, eləcə də bilik və bacarıqlarının artırılmasına yönələn tədbirlərin həyata keçirilməsi, eləcə də subsidiyalaşma tədbirləri də daxildir. Biz, həmçinin milli səviyyədə iqlim hədəflərinə nail olunması prosesinə töhfə verməklə, kənd təsərrüfatı sahəsində su çatışmazlığı və iqlim dəyişikliyi kimi məsələlərin həlli üzrə Milli Adaptasiya Planı hazırlayırıq. Azərbaycan əvvəlki kimi innovativ həllərin tətbiqi məqsədilə digər ölkələr tərəfdaşlıq münasibətlərinin qurulması və inkişafında son dərəcə maraqlıdır. Hesab edirik ki, kənd təsərrüfatı sahəsi hər zaman olduğu kimi iqlim dəyişikliyi problemin həlli üzrə görüləcək bütün tədbirlərin mərkəzində dayanır".

Seçilən
21
3
apa.az

4Mənbələr