AZ

"Slow Food zəif effekt: Yerli aqro-məhsullar ilə dayanıqlı turizmin gücləndirilməsi" -Panel müzakirə

COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə “Slou Fud” (Slow Food), zəif effekt: Yerli aqro-məhsullar ilə dayanıqlı turizmin gücləndirilməsi" adlı panel müzakirə keçirilib.

Azərbaycan Konvensiya Bürosunun qurucusu, Azərbaycan Turizm Şurasının baş direktoru Florian Senqstşmidin moderatorluğu ilə keçirilən panel müzakirələrdə  Bakı Fond Birjası QSC-nin Müşahidə Şurasının sədri Fərid Axundov, COP29-un baş dayanıqlılıq məsləhətçisi Marina Olşanskaya, CRSD-da Torpaq İqtisadiyyatı şöbəsinin yaradıcısı və tədqiqat rəhbəri, FRSA -nın qurucusu və rəhbəri, professor Nazia Habib, Azersunun İdarə Heyətinin üzvü, baş icraçı direktor Mehmet Savaş Uzan, “Slow” qida hərəkatının prezidenti,uqandalı aqronom Eduard Mukiibi çıxış ediblər.

Tədbirdə "slou fud" ("Slow Food") hərəkatı və dayanıqlı kənd təsərrüfatı prinsiplərinin aşağı təsirli turizmi inkişaf etdirməkdə necə güclü rol oynaya biləcəyi müzakirə edilib. Yerli kənd təsərrüfatı məhsullarının və dayanıqlı kənd təsərrüfatı təcrübələrinin qida sənayesinin karbon emissiyalarını azaltmaq və ekoloji cəhətdən uyğun turizm təcrübələrini təşviq etməkdə hansı rolu oynaya biləcəyi araşdırılıb.

 Sessiya "slou fud" hərəkatının ekspertləri, dayanıqlılıq tədqiqatçıları, iş dünyasının liderləri və turizm peşəkarlarını bir araya gətirib.

Bu tədbir "slou fud" prinsiplərinin turizm sənayesinə inteqrasiyasının dayanıqlı inkişaf üçün güclü bir model yaradacağını nümayiş etdirib. Vurğulanıb ki, yerli kənd təsərrüfatı məhsullarına üstünlük verərək və dayanıqlı kənd təsərrüfatı təcrübələrini dəstəkləyərək, turizmin yaratdığı karbon emissiyalarını azalda, səyahət təcrübəsini zənginləşdirə və daha yaşıl, eyni zamanda dayanıqlı bir gələcəyə töhfə verə bilərik.

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
46
ikisahil.az

1Mənbələr