AZ

"Elektriklə işləyən avtobuslarda problem olmayacaq"- Elməddin Muradlı

Əvvəllər avtomobil almaq istəyənlər sadəcə iki seçim - benzin və ya dizel - qarşısında qalırdılarsa, hazırda maşın alarkən dizel, benzin, elektrik, hibrid olmaqla 4 müxtəlif seçim yaranır. Məlum olduğu kimi, son dövrlərdə bir çox ölkələr benzin və dizellə işləyən avtomobillərə mərhələli şəkildə qadağa tətbiq etməyi planlaşdırır. Azərbaycanda da elektrik maşınlardan istifadə geniş yayılıb. 

Lakin bu cür avtomobil və avtobuslar qış aylarında az məsafə qət edir. Bu isə sərnişin daşımalarında problemlər yaradır.
Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, elektrik mühərrikli nəqliyyat vasitələri qış aylarında soyuq havada kilometrajı aşağı olur və az məsafə qət edir. Bu problem hazırda bütün dünyada müşahidə edilir: 

"Azərbaycana elektriklə işləyən avtobuslar gətirilməzdən əvvəl Azərbaycan Yürüstü Nəqliyyat Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu məsələnin təhlillərini aparıb, elektriklə işləyən avtobuslar yalnız şəhər daxili gedişlərdə istifadə ediləcəkdir. Nəqliyyat mübadilə məntəqələrində dayanan zaman isə onlar üçün elektrik doldurma məntəqələri yaradılacaq. Belə olan halda düşünürəm ki, Azərbaycan bu problemlə üzləşməyəcəkdir. Bu əvvəlcədən nəzərə alınmış məsələlərdəndir".

(big.az)

Seçilən
41
avtosfer.az

1Mənbələr