AZ

Medvedevdən sərt xəbərdarlıq: “Öləcəksiniz”

Artıq Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyaya uzaqmənzilli silahlarla zərbə endirmək cəhdləri olub.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“NATO ölkələrinin uzaqmənzilli taktiki ballistik və qanadlı raketlərindən Rusiya ərazisinin dərinliklərinə kimin və nə vaxt istifadə etmək qərarı o qədər də vacib deyil. Artıq ölkəmizdə də onlardan istifadə cəhdləri olub”, - o qeyd edib.

Medvedevin fikrincə, Rusiyanın nüvə doktrinasının təsdiqindən sonra alyansın raketlərindən bu şəkildə istifadə NATO-nun hücumu kimi qiymətləndiriləcək ki, bu da Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər.

Həmçinin Medvedev Rusiyanın mümkün hücumlara reaksiyası barədə xəbərdarlıq edərək vurğulayıb: “Bayden bəşəriyyətin əhəmiyyətli bir hissəsini özü ilə apararaq, incə bir şəkildə ölməyə qərar verdiyini etiraf etdi”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
9
teleqraf.com

1Mənbələr