AZ

Qəflətən ölən şəxsin mirası kimə qalır? - AÇIQLAMA

Hər bir şəxsin ölümündən sonra onun əmlakı, borcları və digər maliyyə məsələləri mirasçıları arasında bölünür. Bu, hüquqi bir prosesdir və mirasın kimə və necə keçəcəyini müəyyən edən qaydalar mövcuddur. İnsanlar adətən mirası sağlığında bölür. Bəs qəfl ölən şəxslərin mirası necə bölünür?

Mövzu ilə bağlı Milli.Az-a hüquqşünas Esmira Rzayeva açıqlama verib.

Onun sözlərinə görə, əgər vəfat edən şəxsin rəsmi qaydada tanınan və ya müəyyən edilmiş vərəsəsi varsa, onun bütün əmlakı vərəsələr arasında bərabər bölünür. Lakin, vərəsəsi yoxdursa, həmin şəxsin əmlakı dövlətə keçə bilər.

"Söhbət vəfat edən şəxsin həyat yoldaşı ilə birlikdə nikah dövründə aldıqları əmlakdan söhbət gedirsə, həmin əmlakın 50 faizi həyat yoldaşına, 50 faizi isə vəfat edən şəxsin digər vərəsələrinə aid olur. Vərəsələr arasında yalnız kişinin (babanın) hissəsi nəzərə alınır. Əgər baba və nənə hər ikisi vəfat edərsə, irsi transmissiya qaydası ilə mülkiyyətə aid olan maddəyə əsasən, onların əmlakı əvvəlcə övladları arasında, sonra isə nəvələri arasında bölünür. Əgər bir şəxs vərəsəlikdən imtina edərsə, həmin şəxs vərəsə sayılmır. Çünki vərəsəlikdən imtina etməklə, həmin şəxs yalnız əmlakı deyil, həm də borcları qəbul edə bilər. Baba və nənə əmlakı birgə nikahda aldıqları halda, baba vəfat etdikdən sonra nənə həmin əmlakın 50 faizinin qanuni mülkiyyətçisi sayılır. Qalan 50 faiz isə vərəsələr arasında bərabər şəkildə bölünür".

Vərəsəlik necə qəbul edilir?

Hüquqşünas bildirib ki, şəxsin vərəsələrindən biri və ya hamısı notarius vasitəsilə vərəsəlik açır.

"Vərəsələr tanındıqdan sonra əmlakın bölünməsi prosesi başlanır. Əgər vərəsələr arasında narazılıq yaranarsa, onlar məhkəməyə müraciət edə bilərlər. Bu proseslər mirasın düzgün bölünməsi və hər hansı mübahisələrin qarşısının alınması üçün hüquqi prosedurların izlənməsini tələb edir".

Aysel Əkbər
Milli.Az 

Seçilən
11
7
milli.az

8Mənbələr