AZ

Azərbaycanın voleybol milliləri Avropa Liqasında iştirak edəcəklər

Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milliləri Avropa Liqasında çıxış edəcəklər. Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Avropa Voleybol Konfederasiyasının yarışla bağlı müəyyənləşdirdiyi qaydalara uyğun olaraq iştirakçılar reytinqə əsasən liqalara bölünüblər. Yüksək reytinqə malik komandalar Qızıl Avropa Liqasında, nisbətən aşağı reytinqli millilər isə Gümüş Avropa Liqasında mübarizə aparacaqlar.

Reytinq cədvəlində 19-cu olan qadınlardan ibarət milli Qızıl Avropa Liqasında, 37-ci yerdə olan kişilərdən ibarət yığma isə Gümüş Avropa Liqasında çıxış edəcək. Hər iki yarış 30 may - 6 iyul 2025-ci il tarixlərində keçiriləcək. Qadınların yarışında 12 ölkənin, kişilərin mübarizəsində isə 8 ölkənin milliləri mübarizə aparacaq.

Reqlamentə əsasən Gümüş Avropa Liqasında bir turnir cədvəli olacaq və ilk 2 yeri tutan komandalar finala vəsiqə qazanacaqlar. Final oyunları ev-səfər sistemi ilə keçiriləcək. Qızıl Liqada da bir turnir cədvəli olacaq. Gümüş Liqadan fərqli olaraq burada ilk 4 yeri tutan yığmalar "dördlər finalı"na yüksələcəklər.

Avropa Liqasında Azərbaycan yığmalarının rəqibləri:

Qadınlar: Azərbaycan, Macarıstan, Sloveniya, Slovakiya, Montoneqro, Rumıniya, Xorvatiya.

Kişilər: Azərbaycan, Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya, Farer adaları.

Seçilən
22
6
sia.az

10Mənbələr